"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Vüsalə Səlimova: “Bələdiyyə məhkəməyə müraciət etməyib”

--2015-10-19 / 19:55

 

“Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı  Sabunçu rayon Balaxanı Bələdiyyəsini məhkəməyə verib.

 APA-nın məlumatına görə, şirkət bələdiyyə tərəfindən verilən sərəncamın ləğv edilməsi barədə iddia tələbi ilə 2 saylı Bakı inzibati-iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə şirkətin iddiasını təmin edib. Qərarla razılaşmayan bələdiyyə apellyasiya şikayəti versə də məhkəmə şikayəti təmin etməyib. Bundan sonra bələdiyyə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Hazırda bələdiyyənin şikayətinə baxılır.  (APA)

Məsələyə aydınlıq gətirən bələdiyyə sədri Vüsalə  Səlimova Belediyye.infoya açıqlamasında bildirib ki, burada söhbət bələdiyyədən yox, konkret olaraq vətəndaşla şirkət arasında gedir. Prosesdə bələdiyyə mübahisə predmetinin qəsəbənin inzibati ərazisində olduğu üçün  iştirak edir.

Sədr bələdiyyənin hər hansı məhkəmə instansiyasına müraciət etmədiyini bildirdi: “Bələdiyyə bu məsələylə bağlı məhkəmə instansiyalarına müraciət ünvanlamayıb. Odur ki, məlumatda səslənən fikirləri həqiqəti əks etdirmir”

Məsələyə aydınlıq gətirən bələdiyyənin hüquqşünası Elmar Hüseynov isə  Belediyye.infoya açıqlamasında bildirb ki, "Balaxanı Operating Company LTD" şirkətinin iddiası ilə bağlı Balaxanı bələdiyyəsi Məhkəmə orqanlarına-Məhkəmə instansiyalarına hər hansı bir iddia ilə müraciət etməmişdir.

Sözügedən iddianı Binəqədi rayon, Rəsulzadə qəsəbəsində yaşayan Quliyev Cəlil Nadirəli oğlu vermişdir. əlavə olaraq Balaxanı bələdiyyəsi bildirir ki, vətəndaş C.N.Quliyev "Balaxanı Operating Company LTD" şirkətinin iddiasından, yəni ona əsasən qəbul olunmuş Apellyasiya Məhkəməsinin qətnaməsindən iddia ilə müraciət etmişdir.

Qeyd edək ki, burada söhbət vətəndaşın şirkətə məxsus torpaq sahəsinin zəbt edilməsindən gedir. Mübahisəli torpaq sahəsi isə Balaxanı qəsəbəsinin inzibati ərasisi olduğuna görə məhkəmə proseslərinə cavabdeh tərəf kimi cəlb edilir.

Belediyye.info

 

ŞƏRHLƏR